TRT-nin Bakı təmsilçiliyi olaraq Xocalı faciəsini, o dəhşətli günləri yaşayanlarla bağlı çəkiliş aparmaq üçün Pirşahı qəsəbəsinə getmişdik. Çəkilişlərə başladıq. Görüşdüyümüz hər bir adam insanı dəhşətə gətirən şeylər danışırdı... Kiçik bir şəhər ətrafında üç sürən mühasirə... Hər cür silahlara sahib 366-cı alay... Bütün imkansızlıqlara baxmayaraq dözümlü olan bir ovuc Xocalı sakini... Və nəhayət, 25-26 fevral 1992-ci ilin o məlum gecəsi... Ətrafdakı dağdan, meşələrdən atəş açmağa başlayan tanklar, tüfənglər... Hər bir mərminin hər bir top atəşinin hədəfində bir insan... İnsanlarla bərabər haykıran, ağlaşan heyvanlar, yer və göy... Dəhşət içində dörd bir tərəfə dağılaraq Erməni terrorunun, 366-cı alayın qaranlıq əməllərindən ağappaq qarlara sığınan cocuqlar, qadınlar, qocalar... O soyuq qış gecəsinin qarı, buzu, ayazı Erməni dəhşəti qarşısında masum birer sıgınacağa çevrilmişdi Xocalıda yaşayanlar üçün... İnsanlar gecə paltarlarıyla, yalın ayaqla qaçırdılar meşəliklərə, dağlar
Uluslararası İlişkiler, İletişim