Ana içeriğe atla

Xocalını anlamaq – anlatmaq


TRT-nin Bakı təmsilçiliyi olaraq Xocalı faciəsini, o dəhşətli günləri yaşayanlarla bağlı çəkiliş aparmaq üçün Pirşahı qəsəbəsinə getmişdik.
Çəkilişlərə başladıq.  Görüşdüyümüz hər bir adam insanı dəhşətə gətirən şeylər danışırdı... Kiçik bir şəhər ətrafında üç sürən mühasirə... Hər cür silahlara sahib 366-cı alay... Bütün imkansızlıqlara baxmayaraq dözümlü olan bir ovuc Xocalı sakini...
Və nəhayət, 25-26 fevral 1992-ci ilin o məlum gecəsi... Ətrafdakı dağdan, meşələrdən atəş açmağa başlayan tanklar, tüfənglər... Hər bir mərminin hər bir top atəşinin hədəfində bir insan... İnsanlarla bərabər haykıran, ağlaşan heyvanlar, yer və göy... Dəhşət içində dörd bir tərəfə dağılaraq Erməni terrorunun, 366-cı alayın qaranlıq əməllərindən ağappaq qarlara sığınan cocuqlar, qadınlar, qocalar...
O soyuq qış gecəsinin qarı, buzu, ayazı Erməni dəhşəti qarşısında masum birer sıgınacağa çevrilmişdi Xocalıda yaşayanlar üçün... İnsanlar gecə paltarlarıyla, yalın ayaqla qaçırdılar meşəliklərə, dağlara... Pirşağıda yaşayan Nazilə Səlimova belə xatırlayırdı o qiyamət gününü: "O gecə elə bil ki, qar üstünə qar yağdı. O qarın üstündə irəliləyən insanlar özlərinə bir işıq yolu axtarırdılar... Ay Allah, bir haraya gedək, hansı tərəfə qaçaq?! Qarlı çayı buz kimi soyuqda kim yalın ayak keçə bilir? Qorxu elə bir şeydir ki, buz kimi suları gecə keçib getdik. Dərələrə, təpələrə düşmüşdük. Nənə - nəvəsindən, ata uşaqdan, uşaq anadan ayrı düşmüşdü. Axtarıb tapa bilmirdik ki, ay Allah, hansı yönə gedək?"
Amma bu qaçış da fayda verməmişdi Xocalı Türklərinə. Ermənilər dağların arasında da pusqu qurmuşdular...
Xocalının içində yaşanan cəhənnəm əzabından qurtula bilənlər bu dəfə pusqulardan açılan atəşlərlə həyatlarını itirməyə başladılar. Yer üzünün ağ örtüyü qırmızıya çevrilir qısa zamanda... Amma bu vəhşiliyi törədənlərin və onlara dəstək verənlərin üzləri isə azacıq da olsa qızarmaz.
Və 700-ə yaxın ölü 1200-dən artıq əsir... Tamamən yox edilmiş 10 ailə, həm anasını, həm də atasını itirmiş 25, ana və ya atasını itirmiş 130 cocuq. Bu sayların bir neçə min əhalisi olan bir şəhərdə baş verdiyi nəzərə alınsa, faciənin miqyası daha yaxşı anlaşılar...
Pirşağı çəkilişlərimizə davam etdikcə yenə danışdığımız ilk insanın sözlərindən etibarən hiss etməyə başladığımız dəhşət duyğusu içimizdə daha da böyüdü. Və bunu düşünməyə başladıq yüksək səslə: Əgər soyqırım bu deyilsə, nədir?
Doğrusu, Xocalının verdiyi çox dərslər var... Orada "qan yaddaşlarımızı" təzələyəcək çox ibrətamiz səhnələr var... Orada həm də ermənilərin əvvəllər də özləri edib bizi ittiham etmələrinə cavab verəcək çox əyani sübutlar var.
Uzun illər türklər susdu, ermənilər isə yalandan həqiqət çıxarmaq məqsədilə bütün vasitələrə əl atdılar... Türk millətinin heç bir zaman etmədiyi, etməyəcəyi şeyləri çiyinlərinə yüklədilər... Təəssüf ki, bu məsələdə bacarıqlı oldular... Halbuki 1905, 1907, 1915, 1918, 1920, 1921... Bakıda, Ərzurumda, Zəngəzurda, Iğdırda, Qubada, Adanada, Şamaxıda, Antepdə, Qarabağda, Vanda... terrora əl atan və yüzminlərlə insanı qətlə yetirənlər erməni ekstremistlərindən başqası deyildi. Bunlar rəvayət deyildi... Qarsda axan qanların ırmak olduğuna şahid olanlar; Şamaxıda caminin içində yaxılaraq öldürülənlərin fəryadını eşidənlər danışırdı bunları... Yüzlərlə, minlərlə şahid vardı, sənəd vardı, məlumat vardı... Amma biz anlada bilmədik... Çünki düşündük ki, milçəklərlə vaxt keçməyə ehtiyac yoxdur. Ancaq bu gün bunun yanlış olduğu ortaya çıxdı...
Və artıq onların, əslində, nələr edə biləcəklərini, töretdiklərini isbat etməyimizə yarayacaq yaşanan bir hadisə də var önümüzdə: Xocalı. Mən düşünürəm ki, Türkiyə və Azərbaycan olaraq Xocalıda yaşananlar, oradakı insanlıq faciəsi yaxşı təbliğ olunsa ermənilərin keçmişdə törətdiklərinə dair də dünya ictimaiyyəti daha yaxşı inandıra bilər... Bu gün insan haqları məsələsinin, yaşama haqlarına sayqının bu qədər önemli olduğu, törədilənin daha asan təsbitinə imkan yaradan texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə kiçicik bir şəhərə sığınan insanları beləcə rəhmsizcəsinə qətlə yetirə bilən psixologiya təbliğ edilə bilsə, əvvəllər törətdikləri vəhşilik də daha asan anladıla bilər.
Bunun üçün heç çəkinmədən, usanmadan Xocalı qətliamı təbliğ edilməli və yaşananlar bəşəriyyətin önünə qoyulmalıdır. Bundan başqa, Xocalıda yaşananları və bunun arxasındakı hadisələri yaxşı təhlil etmək, "qan yaddaşımızı" yaşatmağ yardımçı olacaqdır.

“525-ci Gazet”
No: 35 (2142)
25 fevral 2006 

Bu blogdaki popüler yayınlar

Selçukluların Tarih Sahnesine Çıktığı KAYIP ŞEHİR: CEND

Nehrin ötesi anlamına gelen “Maveraünnehr”, Ceyhun Irmağı’nın kuzeyinde uzanan merkezî Asya bölgesini anlatır.   Müslüman Araplar, bu tanımlamayı, Grekler ve Romalıların klasik literatüründe kullanılan “Transoksiyana” sözünün tam karşılığı olarak kullanmışlardır. Bölgenin güney sınırlarını Ceyhun Irmağı (Amuderya) belirlerken, kuzey sınırlarında da Seyhun Irmağı (Sirderya) uzanır. Maveraünnehr, tarihin ilk dönemlerinden itibaren önemli yerleşim yerlerinden biri olmuş, medeniyetlere, cihan imparatorluklarına beşiklik etmiştir. Anadolu’ya, adları, Ceyhan ve Seyhan olarak taşınan bu ırmaklar arasında uzanan uçsuz bucaksız toprakları bir tenakuzlar coğrafyası olarak tanımlamak yanlış olmaz… Buralarda seyahat ederken verimli ovaların hemen ötesinde ufukları kaplayan bozkırlar karşılar insanı… Seyredenlere azamet duygusu veren yüce dağların zirvelerinden ise karlar hiç eksilmez… Aynı zamanda bir imparatorluklar beşiğidir Seyhun ve Ceyhun arası engin topraklar… Renkli ve sonsuzmuş

Çöl Ortasındaki Medeniyet Havzası: TURFAN

Rus kâşif Kuznetsov, “Orta Asya’yı gezen herhangi birine ayrımların dışında aklında ne kaldığını soracak olursanız, size ‘çelişkiler’ diyecektir” der. Gerçekten de anayurdun uçsuz bucaksız coğrafyasında, her yerde ve her şeyde insanda hayranlık uyandıran bir tenakuzla karşılaşmak âdeta tabii bir durumdur. Kadim İpek Yolu’nun en önemli ticaret merkezlerinden biri olan Doğu Türkistan’ın Turfan şehri, bu çelişkilerin en bariz misallerinden biri olarak karşımıza çıkar.   Şehrin kuzeyinde uzanan efsanevȋ Tanrı Dağlarının 5445 metre yüksekliğindeki Bogda Tepesi, yılın her günü buzullar ve karlarla örtülü iken, d ünyanın Lut Gölünden sonraki ikinci çukurunda yerleşen Turfan ise, denizden 154 metre aşağıda kurulmuştur ve sıcaklık yılın pek çok ayı boyunca 40 derecenin üstünde seyreder, yazın ise 50 dereceyi bulur.   Bu sebeple "od vahası", “alev vahası” olarak da adlandırılır. Şehrin etrafını çevreleyen dağların adları da bu tenakuzu gözler önüne serer ve coğrafya hakkınd

Balasagun: Unutulan Karahanlı Başkenti

“Türk-İslâm tarihi siyasî olarak ne zaman başlar” diye bir soru sorulsa, cevabı muhakkak ki “Karahanlılar” olacaktır. Öyledir de. Türklerin ilk Müslüman devleti olan Karahanlılar İmparatorluğu, Selçuklu ve nihayet Osmanlı ile zirveye ulaşan büyük Türk-İslâm medeniyet yürüyüşünün başlangıcıdır; Karahanlılar, bu medeniyetin ilk halkası ve kurucu atasıdır.   Bugün her ne kadar tarih sahnesinden çekilmiş durumda olsa da, halen, geniş Türkistan (Orta Asya) coğrafyasının dört bir yanında geride bıraktıkları miras,   gelişip serpildikleri şehirler, sosyal, kültürel ve tarihî etkileri yaşamaya devam etmektedir. Bu büyük devletin ilk başkenti ise Balasagun'dur. Balasagun şehri, Kırgızistan'ın Doğu Türkistan (Kaşgar şehri) sınırında yer almaktadır. Bişkek’ten karayolu ile yaklaşık 1,5 saatlik bir mesafede olan şehir, bir zamanlar tarihî İpek Yolu’nun güzergâhı üzerinde bulunuyordu. Yüzyıllarca, kentin çevresini saran dağlar arasından geçen İpek Yolu’nu izleyen kervanlar, Balasagun