Ana içeriğe atla

Azerbaycan-Türkiye İlişkilerinde Medyanın Rolü


Türkiyə və Azərbaycan əlaqələrinin inkişafında, medianın böyük və güclü rolu vardır. Çünki artıq demokratiyada 4-cü güc olaraq özünü qəbul etdirmiş kütləvi informasiya vasitələri eyni zamanda beynəlxalq münasibətlərdə də mühüm təsiredici bir funksiya ifa etməyə başlamışdır.
Mətbuatın Türkiyə və Azərbaycan arasındakı əlaqələrdə oynadığı rolu ən zirvə nöqtələrdə Balkan müharibəsində və I Dünya müharibəsi zamanında görürük. Həmin mərhələlərdə Türkiyə insanlarının məruz qaldıqları haqsızlığa qarşı güclü reaksiya Azərbaycan mətbuatından gəlmişdi. Mətbuatın apardığı təbliğat işləri və xalqı hərəkətə gətirməsi ilə iki ölkə tarixinin ən böyük yardım kampaniyalarından biri olan “Qardaş köməyi“ hərəkatı meydana çıxmışdır.
Azərbaycanın müstəqilliyə yenidən qovuşduğu 91-ci ildən etibarən əlaqələrin genişlənməsi və uzun illər aralarında uçurumlar olan iki qardaş ölkə xalqlarının mədəni, sosial məsələlərdə yaxınlaşmasında, bir-biri ilə yenidən tanış olmasında medianın önəmli vəzifəni yerinə yetirdiyi aydın görünməkdədir. Türkiyənin həm mətbuatı, həm də televiziyaları müstəqillik qazandığı gündən etibarən Azərbaycana xüsusi bir yaxınlıq, doğmalıq göstərmiş, burada daimi ofislər açmaqla yanaşı, Türkiyəyə tez-tez xəbər və proqramlar hazırlayıb göndərməklə kifayətlənməmiş, Türkiyədən gələn mütəxəssislər o illərdə informasiya blokadası altında olan Azərbaycanın reallıqlarından bəhs edən xəbər blokları və xüsusi verilişlər hazırlayaraq, Türkiyə üzərindən dünyaya yaymışlar.
Bu mənada ZTV adlı telekanalın xidmətlərini göstərmək olar. Azərbaycana Türkiyədən gələn ZTV müstəqilliyin ilk günlərindən etibarən hazırladığı paket yayınlarla AzTV üzərindən həftədə iki saat proqram yayınlamağa başladı. Bu paket proqramlarda Türkiyə ədəbiyyatı, tarixi, sənəti və digər sahələr üzrə müxtəlif məsələlər efirə çıxarıldı. 1993-cü ildə isə TQRT telekanalı Azərbaycanda normal antenaların köməyi ilə yayınlanmağa başladı. TQRT-nin bu fəaliyyəti 1997-ci ilə qədər davam etdi. Bu arada xəbər kanalı kimi tanınan NTV Azərbaycanda baş verən hadisələrlə bağlı xüsusi xəbərlər proqramı yayınladı. Bir qədər sonra, yəni 1995-ci ildən etibarən isə TRT-1 kanalı iki dövlət arasında imzalanan müqavilə ilə Azərbaycanın hər yerində adi antenalarla tamaşaçıların görüşünə gəldi. Ardınca isə 1998-ci ildə STV eyni şəkildə Azərbaycan teleməkanında yer aldı. 2002-ci ildə bu siyahıya Kanal D də əlavə olundu. Amma Azərbaycan Milli Televiziya və Radio Åžurasının 2006-cı ilin sonunda qəbul etdiyi qərarla TRT istisna olmaqla digər Türkiyə kanallarının Azərbaycanda normal antena ilə yayınlanması dayandırıldı. Ancaq bu gün iki qardaş ölkə insanlarının bir-birini daha yaxından anlamaları və tanımalarında adıçəkilən bu kanalların hər birinin öz yeri, öz fəaliyyəti olmuşdur.
Bu gün Türkiyənin müxtəlif televiziya kanallarının, xəbər agentliklərinin, qəzet və radiolarının Azərbaycanda nümayəndəliyi və müxbirləri fəaliyyət göstərməkdə, burada baş verən hadisələri birbaşa özləri görərək və izləyərək Türkiyə ictimaiyyətinə çatdırmaqdadırlar. Bunlar TRT, STV, NTV, Anadolu agentliyi (AA), Doğan Xəbər Agentliyi (DXA), İxlas Xəbər Agentliyi (İXA), Cahan Xəbər Agentliyi (CXA) və “Zaman-Azərbaycan“ qəzetidir.
Eyni şəkildə Azərbaycanın AzTV başda olmaqla, müxtəlif televiziya kanallarının, dövlətin xəbər agentliyi AzərTAc ilə APA agentliyinin Türkiyədə büroları fəaliyyət göstərməkdədir.
Bu cür media münasibətlərinin, xüsusilə də, qardaş ölkələrlə əlaqələrin Türkiyə tarixində oynadığı rol haqqında düşünərkən meydana çıxan ilk gerçəyin iki qardaş ölkənin bir-birini olduğu kimi tanıma imkanının meydana çıxması və doğru xəbərləşmənin faydası olduğu görünür. Digər tərəfdən, içində yaşadığımız zaman dilimi bir tanıtım və təqdim çağıdır. Bu imkandan istifadə edə bilənlər öz maddi və mənəvi dəyərlərini dünyaya nümayiş etdirməklə daha böyük zənginliyə sahib olduğu halda, öz təqdimatını bacarmayanlar, gerçəklərini dünyaya çatdıra bilməyənlər elə öz çevrəsində, öz qabığında məhkum bir halda qalırlar. Sovetlər Birliyi dağıldıqdan sonra türk dünyası uzun müddət bu cür informasiya blokadası altında qalmışdır. Bu coğrafiyalarda baş verən hadisələr yad gözlərlə görüldüyü və yad prizmalardan baxıldığı üçün beynəlxalq ictimaiyyət gerçəklərin nə olduğunu tam anlaya bilməmişdir. Qarabağ hadisələri bu dediklərimizin ən bariz nümunəsidir.
Onu da demək mümkündür ki, 20 Yanvar hadisələrindən sonra Azərbaycanda yaşananlarla əlaqədar həqiqətlər daha çox Türkiyə mediası vasitəsilə dünyaya çatdırılmışdır. Bu gün isə media iki qardaş ölkə arasında həm mədəni, həm də sosial bir körpü vəzifəsini yerinə yetirməkdədir. Hər iki ölkə mediası qərəzsiz olaraq, obyektivlik prinsipi ilə digər ölkədəki hadisələri işıqlandırmaqda əhəmiyyətli beynəlxalq mövzularda gerçəyə uyğun, qərəzsiz şəkildə öz auditoriyasını məlumatlandırmaqdadır.
Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən Türkiyə media quruluşlarının təmsilçilərinin 2006-cı ildə TRT-nin Bakı təmsilçiliyinin təşəbbüsü ilə qan azlığından əziyyət çəkən kimsəsiz uşaqlara qan vermək kampaniyası keçirməsi də medianın iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafına göstərdiyi xidmətin nümunəsidir.
Bu mənada iki ölkə arasında media sahəsində münasibətlərin daha da inkişafı, media orqanlarının nümayəndələrinin bir-birini qarşılıqlı şəkildə ziyarət etmələri və ortaq bir platforma ətrafında daha sıx birləşməsinin iki ölkə əlaqələrinin gələcək perspektivi baxımından böyük əhəmiyyət daşıdığı düşünülməkdədir.
Təmənnam odur ki, Türkiyə və Azərbaycan mediası arasındakı bu səmimi münasibət və əlaqələrin inkişafı digər sahələrdə də özünü göstərsin.
06.11.2007
"Zaman Azerbaycan Gazetesi özel eki"
http://az.zaman.com.tr/az/newsDetail_getNewsById.action;jsessionid=18D4BACBDE0BF2951CFB4E24A7A75882.node1?sectionId=24&newsId=6953

Yorumlar

Bu blogdaki popüler yayınlar

ZENGEZUR KORİDORU ANLAŞMASI ÜZERİNE...

          Türkiye’deki bazı kesimlerde tuhaf bir Azerbaycan karşıtlığı var. Şimdi de Zengezur Anlaşması bahane edilerek kimi olur olmaz ifadelere rastlamaya başladık.     Öncelikle, sözü edilen koridorun hayata geçecek olması Azerbaycan’ın Karabağ Zaferi’nin bir sonucudur. Sovyet müdahalesiyle bölünen Azerbaycan’ın batısı ile ana kara arasında karadan bağlantı imkanı var elde edilmiş oldu ki, bu tarihi bir gelişmedir.             İkincisi, evet Göğçe Gölü’nden İran’a uzanan bölge, 1918’de kurulan Ermenistan devletine ait değildi. Azerbaycan toprağıydı. Batı Azerbaycan’dı. Ne var ki Sovyetler Birliği döneminde Stalin’in Türkiye ile Türk dünyasını bölme politikasının sonucu olarak Ermenistan’a verilmişti. Ancak şu anki durumda uluslararası hukuk gereği Ermenistan toprağıdır ve üzerindeki egemenlik hakkı bu devlete aittir. Dolayısıyla bu anlaşmayı kabul etmek zorunda kalmıştır. Yani egemenlik hakkından feragat ...

SOSYAL MEDYADA KAYBOLAN MAHREMİYET VE ÇÜRÜTÜLEN DEĞERLER

Söylemler ve ifade ediliş biçimleri, sosyal hayatın dönüşümü ve başkalaşımı konusunda da önemli ipuçları verir. Bu nedenle sözün yayılması ve dağıtılması temel rol oynar. Bunun içindir ki, bizim kültürümüzde olumsuz söz ve davranışların aleni hale getirilmesi, "kötü söz"ün yaygınlaştırılması hoş karşılanmaz. Tekrarlanarak ve yaygınlaşarak sıradanlaşan, olumsuz söz ve davranışların başkalarında bir tür zihinsel meşruiyet kazanacağına, bunun sonucu olarak da  toplumu toplum yapan   değerleri aşındırma tehlikesi taşıdığına inanılır. Bu değerlerin başlıcalarından biri de mahremiyet duygusudur. Foto: Strumentires Bilindiği gibi her toplum, kendi sosyal ve kültürel dinamikleri, inanç sistemlerinin oluşturduğu bir mahremiyet duygusuna sahiptir. Bu olgu, sosyal istikrarı, aile ve toplum ilişkilerinin sağlıklı işlemesini sağlayan en önemli hususlardan biridir. Ayrıca bir sosyal denetim rolü oynayarak çeşitli olumsuz durumların yaşanmaması için de hayati bir rol oynar. Ne var ki sosyal...

ÖRNEK BİR BÜYÜKELÇİLİK

            Bugün bayram... Gönüllerimizin umutla dolduğu, sevinç içinde olmamız gereken günler, bugünler... Bu sebeple ben de bu anlamlı günde, ülkemiz için yurtdışında yapılan güzel faaliyetlerden söz etmek, bu konudaki hatıralarımdan yola çıkarak bazı gözlemlerimi aktarmak istiyorum. Örneğim de son yurtdışı görev yerim Kazakistan'dan olacak.               Öncelikle söylemek gereken, bulunduğum süre içinde ülkemizin Kazakistan'daki büyükelçiliğinin çok gayretli, samimi ve kardeşçe hislerle çalıştığıdır. Her düzeydeki büyükelçilik mensuplarının iki ülke ilişkilerinin daha da geliştirilmesi, güçlendirilmesi için nasıl samimi çaba gösterdiklerini görerek ülkem adına hep sevinmişimdir.               Elbette bunda, ülkemizin dış misyonlarındaki yeni görev anlayışının büyük rolü olduğu kuşkusuzdur. Ancak insan unsurunun da en az bunun kadar önemli olduğu da bir gerçek. Örn...