Yanvarın 19-da Türkiyə Səfirliyinin Mətbuat Müşavirliyi ilə TRT-nin Bakı Təmsilçiliyinin birgə təşkil etdiyi "Adım Adım Qafqazlar" proqramının "Qalanların hekayəsi" adlı verilişini seyr etdim. Xüsusilə verilişin sonunda səhnəyə dəvət edilən türk hərbçilərinin övladlarının göz yaşları məni çox təsirləndirdi. Bu hisslərlə evə getdim. Ancaq içimdə baş qaldırmış gərgin hisslər yuxuma mane oldu. Kipriklərim qapananda qara yumaq ağ yumaqdan ayrılmağa başlayır, qaranlıq aydınlığa qovuşurdu. Oyananda isə 20 Yanvar şəhidlərini ziyarət etmək üçün içimdə bir arzu yanırdı. Ruhum isə burulğanlar içərisindəydi. Şəhidlər Xiyabanı çox qələbəlik idi. Mərasimdə prezidentin iştirakı gözlənildiyi üçün ziyarətlər hələ başlamamışdı. İş yerimə gəldim. Gündəlik qəzetlərə baxmaq üçün internetə girdim. "Yeni Şəfəq" qəzetində gördüyüm bir xəbər ağlımı və hisslərimi əməllicə alt-üst etdi. "Quantanamonun yalqız Türkləri" başlıqlı xəbərdə, ABŞ-ın Əfqanıstanı işğal etm
Uluslararası İlişkiler, İletişim