Ana içeriğe atla

Vətən nədir?

Yanvarın 19-da Türkiyə Səfirliyinin Mətbuat Müşavirliyi ilə TRT-nin Bakı Təmsilçiliyinin birgə təşkil etdiyi "Adım Adım Qafqazlar" proqramının "Qalanların hekayəsi" adlı verilişini seyr etdim. Xüsusilə verilişin sonunda səhnəyə dəvət edilən türk hərbçilərinin övladlarının göz yaşları məni çox təsirləndirdi. Bu hisslərlə evə getdim. Ancaq içimdə baş qaldırmış gərgin hisslər yuxuma mane oldu. Kipriklərim qapananda qara yumaq ağ yumaqdan ayrılmağa başlayır, qaranlıq aydınlığa qovuşurdu.
Oyananda isə 20 Yanvar şəhidlərini ziyarət etmək üçün içimdə bir arzu yanırdı. Ruhum isə burulğanlar içərisindəydi.
Şəhidlər Xiyabanı çox qələbəlik idi. Mərasimdə prezidentin iştirakı gözlənildiyi üçün ziyarətlər hələ başlamamışdı. İş yerimə gəldim. Gündəlik qəzetlərə baxmaq üçün internetə girdim. "Yeni Şəfəq" qəzetində gördüyüm bir xəbər ağlımı və hisslərimi əməllicə alt-üst etdi. 
"Quantanamonun yalqız Türkləri" başlıqlı xəbərdə, ABŞ-ın Əfqanıstanı işğal etməsindən sonra terrorist şübhəsilə Quantanamo əsir düşərgəsinə atılan 7 uyğur türkündən bəhs edilirdi. Bu 7 insan, suçsuzlukları anlaşıldığından sərbəst buraxıldıqdan sonra gedə bildikləri ölkə olmadığı üçün 3 ildir əsir düşərgəsindən çölə çıxa bilmirdilər. Ölkələri Şərqi Türküstan işğal altındaydı. Oraya gedəcəkləri təqdirdə, çinlilər kimi edam ediləcəkdilər. Müraciət etdikləri 20-yə qədər ölkə isə, onların sığınacaq xahişlərini rədd etmişdilər. Yəni gedə biləcəkləri bir yer yoxdu.
Bu faciəvi vəziyyət mənə "Vətən nədir" sualını verdi. Həqiqətən də Vətən nədir?
Yenə 19 yanvar günü seyr etdiyim filmin mövzusu olan hərbçilərin xatirələri canlandı gözümdə. Kayseridən, Sivasdan, Giresundan, Samsundan gələrək Azərbaycanın qurtuluşuna qatılmış hərbçilərin, onların artıq özləri də baba olmuş övladları göz yaşları içində danışırdılar, o dövrün hekayəsini. Və onlardan birinə - Kayserinin İncesu rayonunun Kızılören kəndindən olan 37 yaşında, üç uşağını qoyaraq Qafqaz İslam Ordusuna könüllü yazılmış ehtiyatda olan hərbçi Mustafaya - anasının söylədiyi sözlər ürəyimə saplandı: "Oğul, əgər, qardaşlarını qurtarmaq üçün getdiyin o torpaqlarda arxadan vurularaq öldürülsən, bil ki, südümü sənə halal etmərəm!"
Əcaba, vətən nədir, nə deməkdir vətən?
Sonra hələ ibtidai sinifdə oxuyan oğlum Ahmet Kadiri götürdüm, birlikdə Şəhidlər Xiyabanına getdik. O insan seli arasına qatıldıq. Məhşərdə ayağa qalxmış kimi duran Qarabağ şəhidlərinə dua etdik, 20 yanvar şəhidlərinin xatirəsini yad etdik, qəddarcasına Sovet tanklarının altında əzilən o qəhrəmanların al qanlarının rəmzi olan qırmızı qərənfillərdən biz də məzarlar üstünə qoyduq. Oğluma 20 yanvar şəhidliyinin ilk sırasında dəfn olunan, duvaqlarla bəzənmiş gənc qadının hekayəsini danışdım. Baxdım ki, gözlərini silir.
1918... Qafqaz İslam Ordusu... Geri dönməyən əsgərlerin Bolşevik dönemde məruz qaldıqları sürgün və dramlar...
1990... 20 Yanvar... Yaşanan insanlıq faciəsi və ardınca gələn oyanış və dirçəliş...
2006... Quantanamo... Gedəcəkləri vətənləri olmadığı üçün əsir düşərgəsindən ayrılamayan Uyğur Türkləri...
Vətən!.. Nədir Vətən?.. Hər halda, gərək dönə biləcəyin torpaq və ölə biləcəyin yer olsun.


525-ci qəzet, 24 yanvar 2006-ci il, N 11 ( 2118 ) 

Yorumlar

Bu blogdaki popüler yayınlar

ZENGEZUR KORİDORU ANLAŞMASI ÜZERİNE...

          Türkiye’deki bazı kesimlerde tuhaf bir Azerbaycan karşıtlığı var. Şimdi de Zengezur Anlaşması bahane edilerek kimi olur olmaz ifadelere rastlamaya başladık.     Öncelikle, sözü edilen koridorun hayata geçecek olması Azerbaycan’ın Karabağ Zaferi’nin bir sonucudur. Sovyet müdahalesiyle bölünen Azerbaycan’ın batısı ile ana kara arasında karadan bağlantı imkanı var elde edilmiş oldu ki, bu tarihi bir gelişmedir.             İkincisi, evet Göğçe Gölü’nden İran’a uzanan bölge, 1918’de kurulan Ermenistan devletine ait değildi. Azerbaycan toprağıydı. Batı Azerbaycan’dı. Ne var ki Sovyetler Birliği döneminde Stalin’in Türkiye ile Türk dünyasını bölme politikasının sonucu olarak Ermenistan’a verilmişti. Ancak şu anki durumda uluslararası hukuk gereği Ermenistan toprağıdır ve üzerindeki egemenlik hakkı bu devlete aittir. Dolayısıyla bu anlaşmayı kabul etmek zorunda kalmıştır. Yani egemenlik hakkından feragat ...

SOSYAL MEDYADA KAYBOLAN MAHREMİYET VE ÇÜRÜTÜLEN DEĞERLER

Söylemler ve ifade ediliş biçimleri, sosyal hayatın dönüşümü ve başkalaşımı konusunda da önemli ipuçları verir. Bu nedenle sözün yayılması ve dağıtılması temel rol oynar. Bunun içindir ki, bizim kültürümüzde olumsuz söz ve davranışların aleni hale getirilmesi, "kötü söz"ün yaygınlaştırılması hoş karşılanmaz. Tekrarlanarak ve yaygınlaşarak sıradanlaşan, olumsuz söz ve davranışların başkalarında bir tür zihinsel meşruiyet kazanacağına, bunun sonucu olarak da  toplumu toplum yapan   değerleri aşındırma tehlikesi taşıdığına inanılır. Bu değerlerin başlıcalarından biri de mahremiyet duygusudur. Foto: Strumentires Bilindiği gibi her toplum, kendi sosyal ve kültürel dinamikleri, inanç sistemlerinin oluşturduğu bir mahremiyet duygusuna sahiptir. Bu olgu, sosyal istikrarı, aile ve toplum ilişkilerinin sağlıklı işlemesini sağlayan en önemli hususlardan biridir. Ayrıca bir sosyal denetim rolü oynayarak çeşitli olumsuz durumların yaşanmaması için de hayati bir rol oynar. Ne var ki sosyal...

ÖRNEK BİR BÜYÜKELÇİLİK

            Bugün bayram... Gönüllerimizin umutla dolduğu, sevinç içinde olmamız gereken günler, bugünler... Bu sebeple ben de bu anlamlı günde, ülkemiz için yurtdışında yapılan güzel faaliyetlerden söz etmek, bu konudaki hatıralarımdan yola çıkarak bazı gözlemlerimi aktarmak istiyorum. Örneğim de son yurtdışı görev yerim Kazakistan'dan olacak.               Öncelikle söylemek gereken, bulunduğum süre içinde ülkemizin Kazakistan'daki büyükelçiliğinin çok gayretli, samimi ve kardeşçe hislerle çalıştığıdır. Her düzeydeki büyükelçilik mensuplarının iki ülke ilişkilerinin daha da geliştirilmesi, güçlendirilmesi için nasıl samimi çaba gösterdiklerini görerek ülkem adına hep sevinmişimdir.               Elbette bunda, ülkemizin dış misyonlarındaki yeni görev anlayışının büyük rolü olduğu kuşkusuzdur. Ancak insan unsurunun da en az bunun kadar önemli olduğu da bir gerçek. Örn...